703d7990-133c-4810-bf86-6fe12dce0ada..jpg

Azərbaycanda qızılca ilə bağlı vəziyyət necədir? – AÇIQLAMA

Baxış sayı: 656 dəfə baxılıb.

Azərbaycanda qızılca ilə bağlı vəziyyət necədir? – AÇIQLAMA

“Hamilə olan zaman qızılcaya yoluxma ciddi fəsadlara səbəb ola bilər”.

Cixisyolu.com xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı
departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, vaksin zamanında olunmadığı üçün qadınlar hamilə olan
zaman bu xəstəliyə yoluxa bilərlər:

“Zamanında peyvənd olunmaq lazımdır. Xəstəliyi hər bir fərd fərqli keçirə
bilər. Buna görə də vaxtında həkimə müraciət edilməlidir. Bu xəstəlik yüksək
yoluxuculuğa malikdir”.

Y.Qarayeva əlavə edib ki, ölkəmizdə bu xəstəlik nəzarət altındadır:

“Qonşu ölkələrdə vəziyyət gərgindir. Çünki vaksinlə bağlı problemləri var.
Bizdə isə hər hansı bir problem yoxdur”.

Nəzrin Vahid

Source link