d0dc38ec-a5a8-40b4-b256-42bcad06aaa7..jpg

Azərbaycanda qocaman təhsil işçisi vəfat edib – FOTO

Baxış sayı: 674 dəfə baxılıb.

Azərbaycanda qocaman təhsil işçisi vəfat edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda qocaman təhsil işçisi vəfat edib.

Cixisyolu.com xəbər verir ki, bu gün Naxçıvan Dövlət Universitetinin müəllimi Sübhi
Kəngərli 87 yaşında dünyasını dəyişib.

Sübhi Kəngərli 1937-ci ildə Naxçıvan şəhərində anadan olub. M.A.Əliyev adına
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində elmi
işçi kimi fəaliyyətə başlamış və muzeyin ilk yaradıcılarından biri olub.
1975-1980-ci illərdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun “Etika və estetika”
üzrə qiyabi aspiranturasını bitirib.

30 il Ədəbiyyat Muzeyinə rəhbərlik edib. 1973-cü ildən Naxçıvan Dövlət
Pedaqoji İnstitutunda müəllim kimi fəaliyyətə bașlayıb. 2012-ci ildən Arxiv işi
və Muzeyşünaslıq kafedrasında müəllim kimi fəaliyyət göstərib, Bəhruz Kəngərli
muzeyində müdir vəzifəsində çalışıb.

Source link