03d7f6f4-be26-4e8e-9345-3e9826ab356b..jpg

Azərbaycanda quş əti istehsalının azalmasının səbəbləri – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Baxış sayı: 1. 058 dəfə baxılıb.

Azərbaycanda quş əti istehsalının azalmasının səbəbləri – “Kaspi”nin
ARAŞDIRMASI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın quşçuluq müəssisələrində
diri çəkidə 57,5 min ton quş əti və 764,5 milyon ədəd yumurta istehsal olunub.
Dövlət Statistika Komitəsi xəbər verir ki, 2022-ci ilin müvafiq dövrünə
nisbətən quş əti istehsalı 2,9 faiz azalıb, yumurta istehsalı isə 27,5 faiz
artıb. Ötən ilin yanvar-sentyabr aylarında quşçuluq müəssisələrində diri çəkidə
59,2 min ton quş əti və 599,4 milyon ədəd yumurta istehsal olunub.

Rəqəmlərdən də göründüyü kimi, quş əti istehsalımızda azalma müşahidə olunur.
Bəs bu azalmanın səbəbləri nələrdir?

“Kaspi”

qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

“Statistika ilə bizim rəqəmlər uyğun deyil”

“Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası”
İctimai Birliyinin sədri Mürvət Həsənli bildirib ki, azalmaya baxmayaraq bu
sahədə ciddi problem yoxdur:

“Statistika ilə bizim rəqəmlər uyğun deyil. Hazırda respublikada 300-350 min
ədəd toyuq kəsilir. Bu, aylıq 10-12 ton quş əti deməkdir. Amma qeyd edilən
statistikada rəqəmlər daha az göstərir. Həmçinin, hazırda yemin qiymətinin
aşağı olması, digər quş əti istehsalı üçün vacib olan hər şeyin ölkəmizdə
mövcudluğu istehsalın azalmasına əsas verə bilməz. Bazarlarda kifayət qədər quş
əti satılır. Bütün böyük fabriklərin ehtiyat anbarlarında da donmuş şəkildə quş
əti mövcuddur. Bu səbəbdən, istehsalın azalmasına səbəb yoxdur. Süfrə
yumurtasında isə artım var. Hətta ilin ilk yeddi ayı ərazində xaricə 34 milyon
yumurta ixrac etmişik. Keçən il isə bu rəqəm yeddi milyon idi. Bütün bunları
ümumiləşdirsək, bu qənaətə gələrik ki, bu sahədə elə bir ciddi problem yoxdur”.

Rəqəmlərin statistika ilə uyğun gəlməməsi mövzusunda isə müsahibimiz bildirib
ki, rəqəmlərin belə az göstərilməsinə səbəb yerli fabriklərin statistikasını
gizlətməsi ola bilər. Çünki, kiçik fabriklər bəzən statistikalarını gizlədirlər.

Qırmızı ətin bahalaşması quş ətinə tələbatı artırıb

M.Həsənlinin sözlərinə görə, nə quş əti, nə də yumurta istehsalında sonrakı
illər üçün də ciddi bir problem görünmür, əksinə, tələbat daha da artacaq:

“Gələcək dövr üçün də ölkədə kifayət qədər quş əti istehsalı potensialı var.
Bu gün ölkədə quş əti istehsalı ilə məşğul olan 787-dən çox fermer təsərrüfatı
var. Hansı ki, onların müəyyən qismi çalışır ki, aylıq 10-12 min ton arasında
quş əti istehsal olunsun. Süfrə yumurtası ilə bağlı mövcud durum da kifayət
qədər rəqabətlidir. Gündəlik yumurta tələbatımız üç milyon 600 ədəddir.
İstehsal isə dörd milyon 500 min və beş milyon arasıdır. Bu sahə ilə bağlı
gələcəkdə həm quş ətində, həm də süfrə yumurtasında artım olacaq. Ona görə ki,
bu məhsullara tələbat gündən-günə artır. Keçən il quş ətinə tələbatımız 150 min
ton idisə, bu il həmin göstərici 165-170 min tona qədər qalxıb. O cümlədən,
yumurtaya olan tələbat illik adam başına 147 ədəd idisə, bu il artıq 157-ni
keçib. Bu məhsullara tələbatın artmasının da səbəbi əhalinin tələbatının bu
istiqamətdə olmasıdır. Yəni qırmızı ətin bir az baha olması ağ ətə meylliliyə
səbəbə ola bilər”.

Fermerlər üstünlüyü yumurta istehsalına veriblər

İqtisadçı Emin Qəriblinin fikrincə, quş əti istehsalında azalmanın səbəbi
yumurta istehsalına diqqətin daha çox artması ola bilər:

“2,9 faiz azalma normaldır. Çünki bazar özü dalğavarı inkişaf edir. Göründüyü
kimi, yumurtada artım mövcuddur. Bazara baxdıqda görərik ki, quş əti yetərli
qədər çoxdur. Yəqin ki, fermerlər bunu nəzərə alaraq yumurta istehsalına daha
çox diqqət ayırıblar. Çünki bu sahədə xaricdə də qıtlıq yaranmışdı. Əgər azalma
ilə bağlı yüksək rəqəmlər qeydə alınsaydı, səbəblər daha ciddi olardı”.

Kiçik istehsalçılar böyük biznesə uduzurlar

İqtisadçı Rauf Qarayev isə qeyd edib ki, istehsalın zəifləməsinə səbəb
müxtəlif ola bilər:

“Bəzən sahibkar bazarda öz malını sata bilmir. Nəticədə məcburdur fəaliyyətini
dondursun. Bundan sonra müəyyən məqam gözləsin ki, bazar nə vaxt əlverişli
olacaq. İstehsalın azalmasında monopoliya da öz rolunu oynaya bilər.

Bu səbəbdən kiçik sahibkarlar bazarda olan rəqabətə dözə bilmir, biznesini
daha iri müəssisələrə satırlar. Bəzən sahibkar biznes qurmaq üçün kredit
götürür. Uğurlu ola bilmir və borcu ödəmək imkanı olmur. Bu səbəbdən məcburən
biznesini satır. İstehsalın azalması müvəqqəti də ola bilər”.

Source link