92b6daa4-b5a1-4833-bf57-ad8031a31381..jpg

Azərbaycanda səfərdə olan Delfin Pronk: “Regionda sabitliyin təmin edilməsinin vaxtı çatıb” – FOTO

Baxış sayı: 591 dəfə baxılıb.

Azərbaycanda səfərdə olan Delfin Pronk: “Regionda sabitliyin təmin edilməsinin
vaxtı çatıb” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Regionda sülhün və sabitliyin təmin edilməsi üçün konkret addımların
atılmasının vaxtı çatıb”.

Bunu Avropa İttifaqının (Aİ) Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Delfin
Pronk sosial şəbəkə hesabında yazıb.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə “cari çağırışlar üzrə
ekskursa görə” təşəkkürünü bildirən Pronk Aİ-nin əməkdaşlığı dərinləşdirməyə
hazır olduğunu diqqətə çatdırıb:

“Regionda sülhün və sabitliyin təmin edilməsi üçün konkret addımların
atılmasının vaxtı çatıb. Aİ əməkdaşlığı dərinləşdirməyə və sülh səylərini
dəstəkləməyə davam etməyə hazırdır”.

Xatırladaq ki, Hikmət Hacıyev Aİ-yə üzv dövlətlərin daimi
nümayəndələri/səfirləri səviyyəsində təmsil olunan Aİ-nin Siyasi və
Təhlükəsizlik Komitəsi ilə müzakirədə iştirak edib. Görüş iştirakçıları
arasında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin
Əmirbəyov və Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqov da yer
alıblar.

Thanks to Azerbaijan’s Presidential Foreign Policy Advisor @HikmetHajiyev
for his tour d’horizon
on current challenges.

Time has come for concrete steps to ensure peace & stability in the region.

The EU is ready to deepen cooperation & continue supporting peace efforts.
🇪🇺🇦🇿 pic.twitter.com/ZstLNIv9jK
— Delphine Pronk (@FienBZ) April 13, 2024

Source link