59428f8d-1b8b-4738-956c-2ccabd77fbba..jpg

Azərbaycanda səkkiz nəfər dəm qazından zəhərləndi: Aralarında azyaşlı da var

Baxış sayı: 3. 781 dəfə baxılıb.

Azərbaycanda səkkiz nəfər dəm qazından zəhərləndi: Aralarında azyaşlı da var

Siyəzən rayonunda 18 yaşlı gənc qız dəm qazından zəhərlənib.

“Report”un məlumatına görə, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb.
2004-cü il təvəllüdlü Əsgərova Lamiyə Heydər qızı yaşadığı evdə dəm qazından
zəhərlənib.

Daha bir zəhərlənmə isə paytaxtda qeydə alınıb. Hadisə Nərimanov rayonunda baş
verib. Belə ki, 2006-cı il təvəllüdlü Ağayeva Kamilə Elmar qızı yaşadığı evdə
dəm qazından zəhərlənib.

Bakının Sabunçu rayonunda da dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Zabrat qəsəbəsində 1989-cu il təvəllüdlü Yaqubova Vüsalə İman qızı, Ramana
qəsəbəsində 1986-cı il təvəllüdlü Məmmədli Şahnaz Həşim qızı yaşadığı evdə dəm
qazından zəhərlənib.

Paytaxtın Xəzər rayonunda da dəm qazından zəhərlənmə hadisəsi baş verib. Binə
qəsəbəsi Bolluq küçəsində yaşayan 2002-ci il təvəllüdlü Salahov Kamal Camal
oğlu və “Südçülük” adlanan ərazidə məskunlaşmış 1990-cı il təvəllüdlü Sayadova
Aygün Bayram qızı dəm qazından zəhərləniblər.

Abşeronda da dəm qazından zəhərlənmə qeydə alınıb. Hadisə Masazır qəsəbəsində
qeydə alınıb. 1995-ci il təvəllüdlü Mahmudova Zəhraxanım Azər qızı və 3 yaşlı
övladı Mahmudova Lalə Toğrul qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zəhərlənənlərin hər biri xəstəxanaya çatdırılıb.

Hadisələrin təfərrüatı araşdırılır.

Source link