c02ba519-36c9-41d3-9ba7-b96bac9d0e8a..jpg

Azərbaycanda sərnişindaşıma 16% artıb

Baxış sayı: 645 dəfə baxılıb.

Azərbaycanda sərnişindaşıma 16% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda yük və sərnişin daşımaları ötən
ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,5% və 16% çox olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat
subyektləri 148,2 milyon ton yük daşıyıb. Yüklərin 4,2%-i dəniz, 8,2%-i dəmir
yolu, 0,1%-i hava, 5,5%-i avtomobil nəqliyyatı, 31%-i isə boru kəməri ilə
daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi
5,5% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,1%
təşkil edib.

8 ayda nəqliyyatçılar 1 189,1 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin
87,8%-i avtomobil nəqliyyatı, 11,6%-i metro, qalan hissəsi isə digər nəqliyyat
növləri ilə daşınıb.

Source link