5b972b47-5457-49da-a64f-0b64352bf52b..jpg

Azərbaycanda sərxoş sürücü polisə tabesizlik göstərdi

Baxış sayı: 1. 033 dəfə baxılıb.

Azərbaycanda sərxoş sürücü polisə tabesizlik göstərdi

Bakı-Qazax yolunda sərxoş sürücü qəza şəraiti yaradıb.

Cixisyolu.com-ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının 195-ci km-də qeydə
alınıb.

QAZ-2410 markalı 49-BA-433 dövlət nömrə nişanlı avtomobilin sürücüsü sərxoş
halda nəqliyyat vasitəsini idarə edərkən yol nişanının tələbini pozduğu üçün
DYP əməkdaşları tərəfindən saxlanılıb.

Sürücünün polisə qarşı tabesizlik göstərməsi və eləcə də davranışları şübhə
doğurduğundan DYP əməkdaşları sürücünü tibbi müayinəyə aparıblar.

Müayinə zamanı sürücünün sərxoş olması aşkarlanıb. Onun barəsində qanuna
müvafiq tədbir görülüb.

Faktı Cixisyolu.com-a Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr
şöbəsinin rəisiRövşən Tağıyev təsdiq edib.

Könül Cəfərli

Source link