8615fee3-83cf-48d4-9dd7-ea4f624b444d..jpg

Azərbaycanda sabiq bank sədri məhkəmə zalında HƏBS OLUNDU

Baxış sayı: 734 dəfə baxılıb.

Azərbaycanda sabiq bank sədri məhkəmə zalında HƏBS OLUNDU
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ləğv olunmuş “AtraBank”ın İdarə Heyətinin sabiq sədri Elmixan Nəbiyev dövlət
ittihamçısının protesti əsasında məhkəmə zalında həbs olunub.

“Report” xəbər verir ki, hökm Bakı Apellyasiya Məhkəməsində hakim Emin
Mehdiyevin sədrliyi ilə keçirilən iclasda elan olunub.

E.Nəbiyev altı il altı ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E.Nəbiyev 2017-ci ilin noyabr ayında saxlanılıb.

Baş Prokurorluğun yaydığı məlumata görə, “AtraBank” Açıq Səhmdar Cəmiyyətinin
İdarə Heyətinin sədri olmuş Elmixan Nəbi oğlu Nəbiyevin qanunsuz əməlləri ilə
bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq
aparılıb.

İstintaq zamanı E.Nəbiyevin “AtraBank” ASC-nin İdarə Heyətinin sədri
vəzifəsində işləyərkən bank sahəsində qüvvədə olan qanunvericiliyin şərtlərini
pozmaqla, bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq üçün özünün
iştirakı ilə yaradılmış və yaxın münasibətlərdə olduğu ayrı-ayrı şəxslərin
adlarına rəsmiləşdirilmiş formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələri
təşkil etmək yolu ilə faktiki mövcud olmayan maliyyə vəsaitləri üzrə onların
adlarına ümumilikdə 8 milyon 405 min manat məbləğində qanunsuz kreditlər
rəsmiləşdirərək Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına
malik olması görüntüsü yaratmasına, eyni zamanda ayrı-ayrı fiziki şəxslərin
adlarına ümumilikdə 809 min manat kredit rəsmiləşdirib, mənimsəməklə talamasına
əsaslı şübhələr müəyyən edilib.

E.Nəbiyevin qeyd edilən qanunsuz hərəkətlərlə külli miqdarda özgə əmlakını
mənimsəməsinə və ləğvetmədə olan “AtraBank” ASC-nin hüquqlarına və qanuni
mənafelərinə, o cümlədən dövlətin bank sisteminin dayanlıqlığının və maliyyə
sabitliyinin daha da gücləndirilməsi sahəsində qanunla qorunan mənafelərinə
ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən
sui-istifadə etməsinə şübhələr üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin
179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda tərədildikdə) və 308.2-ci
(vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi
ilə ittiham elan olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 iyul 2018-ci il hökmü əsasında E.Nəbiyevə
308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda)
maddə ilə şərti cəza verilib. O zaman E.Nəbiyev məhkəmə zalından azadlığa
buraxılmışdı.

Hökmdən narazı qalan dövlət ittihamçısı Ali Məhkəməyə müraciət edib. Ali
Məhkəmə öz növbəsində kassasiya şikayətini qəbul edərək Bakı Apellyasiya
Məhkəməsinə göndərib.

“AtraBank” Ali Məhkəmənin 11 avqust 2016-cı il tarixli qərarı ilə ləğv olunub.

Source link