b6f6d252-135b-46ea-9b93-7e4f2aa9b86e.jpg

Azərbaycanda sabiq bankirin məhkəməsi 10 il sonra bitdi

Baxış sayı: 243 dəfə baxılıb.

“Texnikabank” ASC-nin (ləğv edilib) Müşahidə Şurasının sədri olmuş Etibar
Əliyevin məhkəmə işi
10
il sonra başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 2014-cü ildə istintaqı dayandırılan
apellyasiya şikayəti üzrə yekun qərar çıxarılıb.

Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda ağır xəstəliyə yoluxduğu üçün
mühakimə edilməsi mümkün olmayan Etibar Əliyevin yazılı ərizəsi elan edilib. O,
ərizəsində şikayətindən imtina etdiyini bildirib.

Qədim Babayevin sədrlik etdiyi məhkəmə tərkibi tərəflərin hüquqlarını tanıyıb.

Qərara əsasən, apellyasiya tələblərindən imtina edildiyindən şikayətlərə
baxılmasına xitam verilib.

Bununla da E.Əliyevin 1 il sınaq müddəti seçilməklə 9 il şərti məhkum edilməsi
ilə bağlı hökm qanuni qüvvəyə minib.

Qeyd edək ki, Etibar Əliyev 2014-cü ildə dələduzluq, rəsmi sənədləri
saxtalaşdırma və vəzifə saxtakarlığı ittihamları ilə cinayət məsuliyyətinə cəlb
edilib. Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə ayrıca mühakimə edilən
Etibar Əliyevə 9 il şərti azadlıqdan məhrumetmə cəzası verilib.

Həmin vaxt tərəflər hökmdən apellyasiya şikayəti versə də, E.Əliyev ağır
xəstəliyə yoluxduğu üçün məhkəmə istintaqı baş tutmayıb.

Source link