Ötən gün Laçın Rayon İcra Hakimiyyətinin sabiq başçısı Akif Səlimov vəfat edib.
Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilib ki, Akif Səlimov aprelin 30-u saat 11:50 radələrində vəfat edib.
Qeyd edək ki, Akif Səlimov Birinci Qarabağ müharibəsində Laçın və Füzuli cəbhəsində böyük döyüş yolu keçmiş, qəhrəmanlıqlar göstərmiş Laçın polisinin komandiri olmuş, uzun illər Laçın, Goranboy, Qax, Cəlilabad rayonlarında polis şöbəsinin rəisi, təqaüdə çıxmazdan öncə isə Laçın rayonunun icra başçısı vəzifələrində çalışıb.
Birinci Qarabağ müharibəsindən bəhs edən “Cığırlar birləşsələr”, “Ora Vətəndir” kitablarının müəllifidir.
Mərhumun Suraxanı rayonu Dədə Qorqud qəbiristanlığında dəfn olunacağı qeyd olunub.