Azərbaycanda kiçik və orta sahibkarların da vergi yükünün nəzərəçarpacaq dərəcədə azaldılması da nəzərdə tutulur.
ÇıxışYolu.Com xəbər verir ki, bunu ölkənin vergilər naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, bununla bağlı dövlət büdcəsi paketinə bir sıra dəyişikliklər edilə bilər:
“Vergi uçotunun bərpası da təklif edilən dəyişikliklərdən biridir. O cümlədən, vergidən yayınma hallarına görə cəza tədbirlərinin sərtləşdirilməsi də mümkündür”.