Azərbaycanda saxlanılan separatçılara ailələri ilə əlaqə imkanı yaradılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Fevralın sonunda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları
Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş
çəkiblər”.
Bu barədə “Report”un sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan
nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova
məlumat verib.
O bildirib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların
ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.
“Mandatına uyğun olaraq BQXK bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə
rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri
ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın
prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr
yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir”, – məlumatda qeyd edilib.
Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağdakı keçmiş
qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik
Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament
sədri” David İşxanyan, “generallar” Lyova Mnatsakanyan, David Manukyan və
keçmiş “dövlət naziri” Ruben Vardanyanı saxlayaraq Bakıya gətiriblər.