Azərbaycanda Sığorta Məlumat Mərkəzi yaradıla bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda Türkiyənin dəstəyi ilə Sığorta Məlumat Mərkəzi yaradıla bilər.
Bunu “Report”a açıqlamasında Bakıda keçirilən dənizçilərin sığorta sahəsində
maariflənməsinə həsr edilmiş konfransda Türkiyə Sığorta İnstitutu Vəqfinin
sədri Mehmet Kalkavan bildirib.
“Azərbaycanın sığorta bazarı Türkiyənin sığorta bazarı ilə sıx bağlıdır və
sürətlə inkişaf edir. Türkiyədəki Sığorta Məlumat Mərkəzindən Azərbaycanda da
yaratmaq, bu sahədə təcrübəmizi ölkənizə gətirmək istəyirik. Çünki iki qardaş
ölkənin sığorta bazarı oxşardır”, – deyə o qeyd edib.