Azərbaycanda son sutkada 368 nəfər COVID-19-a yoluxub, 10 nəfər vəfat edib –
FOTO
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 368 yeni
yoluxma faktı qeydə alınıb 918 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19
üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 617 697 nəfərin koronavirus infeksiyasına
yoluxması faktı müəyyən edilib, onlardan 601 069 nəfər müalicə olunaraq
sağalıb, 8 375 nəfər vəfat edib, aktiv xəstə sayı 8 235 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar6
435, ötən müddət ərzində isə ümumilikdə 5 876 764 test aparılıb.