Azərbaycan prezident İlham Əliyev yeni təhsil nazirinin təyin olunması haqda sərəncam imzalayıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov məlumat verib:
“Dövlət başçısı bu vəzifəyə hazırda nazir səlahiyyətlərini icra edən təhsil nazirinin müavini Ceyhun Bayramovu təyin edib. Təbrik edirik! Ölkəmiz, təhsilimiz üçün xeyirli-uğurlu olsun!”
Rəsmi sərəncamın yaxın vaxtlarda elan olunacağı gözlənilir.