Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də, ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub.
Təhsil Nazirliyinin mətbuat xidmətindən ÇıxışYolu.Com-a bildirilib ki, bu il bakalavr üzrə 1067, magistratura üzrə 15, orta-ixtisas təhsili üzrə isə 186 nəfərin sorğusu təsdiq edilib.
Qeyd olunub ki, yələbələrdən 650 nəfəri yerli, 26 nəfəri xarici universitetlərdən köçürülüb:
“Transfer.edu.az portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə istifadəyə verilib.
Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir”.