Azərbaycanda taksidən istifadə edənlərin sayı artıb
Cari ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda daşımaların həcmində
xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 94,7 mln. ton yük, 1200,2
mln. sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə 5,2% və 18,4% artım qeydə alınıb.
Sərnişinlərin 94,7%-i avtobus, 5,3%-i isə minik taksilərinin xidmətlərindən
istifadə edib.
Yük dövriyyəsi 5%, sərnişin dövriyyəsi isə 18% artıb.