fd44ad25-903a-4267-94fc-053c0184356c..jpg

Azərbaycanda tarixi abidənin ətrafında torpaq sürüşməsi olub

Baxış sayı: 1. 019 dəfə baxılıb.

Azərbaycanda tarixi abidənin ətrafında torpaq sürüşməsi olub

Cəlilabad rayonunda yerləşən “Qazan köşkü” tarixi abidəsi ətrafında torpaq
sürüşməsi aktivləşib.

Bu barədə “Report”un Muğan bürosuna yerli tarixçi Elşad Əmənov məlumat verib.

Onun sözlərinə görə, bu hal əvvəllər də baş verib, amma bu il sürüşmə
aktivliyi daha çox hiss olunur:

“Abidə ətrafında olan sürüşmə nəticəsində tikililərin kərpicləri ilk dəfə
olaraq üzə çıxıb. Əgər sürüşmə aktivliyi belə davam edərsə, abidəyə ziyan dəyə
bilər”.

Tarixçi bildirib ki, faktla bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası
üzrə Dövlət Xidmətinə məlumat verilib.

Source link