d437a9e4-a452-4915-9b6a-ac9dd097d931..jpg

Azərbaycanda teatr direktoru işdən çıxarıldı – FOTO

Baxış sayı: 1. 234 dəfə baxılıb.

Azərbaycanda teatr direktoru işdən çıxarıldı – FOTO

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Əməkdar
incəsənət xadimi Akif Məlikov işdən çıxarılıb.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.

A.Məlikovla imzalanan müqavilənin müddəti qurtarıb. Yaş həddinə görə onunla
yeni əmək müqaviləsi imzalanmayıb.

Qeyd edək ki, A.Məlikov 1950-ci ildə Bakı şəhərində anadan olub. O, 1987-ci
ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının sərəncamçı direktoru,
1989-cu ildə isə direktor vəzifəsinə təyin edilib və bu günə kimi həmin
vəzifəni icra edib.

Xatırladaq ki, Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən dövlət büdcəsindən
maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65 müəyyən edilib. Həmin
müəssisələrin 65 yaşına çatmış işçisinin müəssisədə çalışma müddətinin
uzadılması və ya əmək münasibətlərinə xitam verilməsi barədə qərar müvafiq
dövlət orqanının rəhbəri tərəfindən verilir.

Source link