22e307b5-7ac7-43cb-ba6c-0af89ff0a24c..jpg

Azərbaycanda teatr direktorunun vəzifəsinə xitam verilib – FOTO

Baxış sayı: 1. 030 dəfə baxılıb.

Azərbaycanda teatr direktorunun vəzifəsinə xitam verilib – FOTO

Lənkəran Dövlət Dram Teatrının direktorunun vəzifəsinə xitam verilib.

Bu barədə APA-ya teatrın mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, direktor Tofiq Heydərovun vəzifəsinə yanvarın 17-dən xitam
verilib.

“Teatrın direktor müavini İntiqam Hacılı direktor vəzifəsini müvəqqəti olaraq
icra edir. Hazırda teatrda təhvil-təslim işləri aparılır”, – məlumatda deyilir.

İntiqam Hacılı isə bildirib ki, Lənkəran teatrında hazırda aparılan
təhvil-təslim prosesi indiyə kimi bu formada aparılmayıb.

“Belə bir təhvil-təslim prosesi indiyə kimi bizim teatrda aparılmayıb. Yəni nə
varsa, hər bir şeyin hesabatını aparırıq. Tofiq Heydərov əvvəl bu prosesi bir
az ləngitdi, ona görə proses yanvarın 28-dən başladı. Bir neçə günə, yəqin ki,
bitər”.

Source link