3a334255-b40d-44c9-9bff-110767ca6e44..jpg

Azərbaycanda tikinti məhsulları UCUZLAŞDI

Baxış sayı: 615 dəfə baxılıb.

Azərbaycanda tikinti məhsulları UCUZLAŞDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2023-cü ilin oktyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri
indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən
104,7 faiz təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilib ki, oktyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq
məhsullarından bahalaşma əsasən paltaryuyan maşınların, sementin, kəsilən
taxtaların, ucuzlaşma isə mobil telefonların və planşet tipli kompüterlərin
qiymətlərində müşahidə olunub.

Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş
verməyib. 2023-cü ilin oktyabr ayında əhaliyə göstərilən ödənişli xidmətlər
üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, əvvəlki ilin
oktyabr ayına nisbətən 104,5 faiz təşkil edib.

Source link