3a524817-b2bb-4fd2-832b-978f17130a88..jpg

Azərbaycanda tikinti materialları UCUZLAŞDI – VİDEO

Baxış sayı: 574 dəfə baxılıb.

Azərbaycanda tikinti materialları UCUZLAŞDI – VİDEO

Rusiyada rublun ucuzlaşması bu ölkədən Azərbaycana gətirilən tikinti
materiallarının qiymətinə də təsir edib.

Xezerxeber.az xəbər verir ki, satıcıların sözlərinə görə, ən çox ucuzlaşma
taxtada müşahidə edilir.

Ötən il 1 kubmetrinin qiymət 450 manata qədər yüksələn taxta indi 1 kubmetri
təxminən 300 manata təklif edilir.

Diktlərin də qiymətində azalma müşahidə olunur. 18 mm-lik diktin qiyməti 40
manatdan 20-25 manata enib.

Ümumiyyətlə, taxta və taxtadan hazırlanan materialların qiymətlərində enmə
var. Bundan başqa, dam örtüklərinin qiymətlərində də 3 manat enmə var.

Armaturun qiymətində də ötən illə müqayisədə azalma olub.

Satıcılar ucuzluğu həm də materialların çox olması ilə də əlaqələndirirlər.

İqtisadçı Xalid Kərimli deyir ki, ucuzlaşan rus rublu bu ölkənin məhsullarını
azərbaycanlı alıcılar üçün daha əlçatan edə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Source link