bdc9cec2-88f9-4691-94cb-75874cd1c9c2..jpg

Azərbaycanda tikinti materialları ucuzlaşıb: Səbəb nədir? – FOTO

Baxış sayı: 557 dəfə baxılıb.

Azərbaycanda tikinti materialları ucuzlaşıb: Səbəb nədir? – FOTO

“Son iki il ərzində tikinti materiallarının qiymətində müşahidə edilən süni
qiymət artımı yerli istehsal məhsullarına olan tələbatı aşağı saldı”.

Bunu Qaynarinfo.az-a əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı son zamanlar
tikinti materiallarının qiymətlərində müşahidə olunan azalmanı dəyərləndirərkən
deyib.

Ekspert qiymətlərin aşağı düşməsinin səbəbini belə izah edib:

“Qiymətlərin süni şəkildə artımından sonra bir sıra tikinti layihələrinin
icrası zamanı podratçılar xarici bazara üz tutmağa məcbur oldular. Nəticə
etibarilə tikinti materiallarının qiymətlərini süni şəkildə artıran şəxslər öz
bazarlarına mənfi təsir göstərdilər və qiyməti azaltmağa məcbur oldular. Səbəb
daha çox bununla bağlıdır”.

Ramil Osmanlı hesab edir ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində
tikinti bumunun sürətlənməsindən sonra yerli istehsalçıların maraqları artmağa
başlayıb.

“Əslində, bu gün tikinti bazarında olan qiymətlər də yuxarıdır və adekvat
deyil. Qiymətlər bir qədər də aşağı salına bilər”, – deyə ekspert vurğulayıb.

Source link