Azərbaycanda tikinti materiallarının istehsalına 60 min manat güzəştli kredit
verilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu “Baku Stone Factory”
MMC-yə tikinti materiallarının istehsalı layihəsi üçün 60 min manat güzəştli
kredit ayırıb.
Bunu nazir Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Tikinti materiallarının istehsalının dəstəklənməsi bu sahədə artan tələbatın
yerli məhsullar hesabına ödənilməsi baxımından əhəmiyyətlidir”, – deyə o qeyd
edib.
Sahibkarlığın İnkişafı Fondundan (@sahibkarliq
MMC-yə 60 min ₼#güzəştlikredit
ayrılıb. Şirkət bu vəsaitlə tikinti materiallarının istehsalı layihəsini
həyata keçirəcək. Tikinti materiallarının istehsalının dəstəklənməsi bu sahədə
artan tələbatın yerli…pic.twitter.com/FyFCMq0BB1
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 4, 2023