Azərbaycanda “TikTok” bağlanacaq? – RƏSMİ AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ Konqresinin Nümayəndələr Palatası ölkədə “TikTok” sosial şəbəkəsinin
mümkün qadağası ilə bağlı qanun layihəsini dəstəkləyib.
Cixisyolu.com xəbər verir ki, Azərbaycanda da “TikTok” platformasının fəaliyyətindən
narazılıqlar var.
ABŞ-də sözügedən platformanın istifadəsinə qoyulan qadağa müzakirələrə səbəb
olub.
Bəs Azərbaycanda “TikTok” platformasının fəaliyyəti dayandırıla bilərmi?
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Elektron
Təhlükəsizlik Xidməti (ETX) ilə əlaqə saxladıq.
ETX-dən Cixisyolu.com-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qeyd olunan
məsələ ilə bağlı dövlət səviyyəsində hələlik heç bir qərar qəbul edilməyib.
Qeyd edək ki, ABŞ-də sözügedən təşəbbüsün məqsədi platformanın Çin tərəfindən
idarə olunan istənilən qurum, o cümlədən hazırda “TikTok”a sahib olan
“ByteDance” şirkəti ilə əlaqələrini kəsməkdir.
Könül Cəfərli