Azərbaycanda tomoqrafiya ilə bağlı 14 stansiya quraşdırılacaq

Azərbaycanda tomoqrafiya ilə bağlı 14 stansiya quraşdırılacaq

Baxış sayı: 3. 376 dəfə baxılıb.

Azərbaycan və ABŞ seysmoloqlarının birgə işi olan “Qafqaz kəsilişi” layihəsi çərçivəsində işlər davam etdirilir. 

Bu barədə ÇıxışYolu.Com-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsindən məlumat verilib.

Məlumata görə, bununla bağlı Bakıya səfər edən amerikalı seysmoloqlar – Missuri Universitetinin professoru Erik Sandvol, Miçiqan Dövlət Universitetinin geoloji elmlər şöbəsinin seysmoloji laboratoriyasının baş mühəndisi Daniel Burk , Missuri Universitetinin elmi işçisi Utku Koçum və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Episentral” şöbəsinin müdiri Hidayət Tahirov, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərovun iştirakı ilə Hacıqabul, Neftçala, Göyçay və Qusar rayonlarında əvvəlcədən yerləşdirilmiş dörd stansiyada texniki yenilənmə işləri aparılıb.

Həmçinin həmin stansiyaların məlumatları emal üçün toplanıb. Bununla yanaşı, bu ilin avqust ayında İsmayıllı, Quba, və Qusar rayonlarından keçən profil üzrə yerləşdiriləcək daha 14 stansiyanın yerləri müəyyən edilib.

Qeyd edək ki, “Qafqaz kəsilişi” layihəsi həyata keçirilməyə başlanıb. Layihənin həyata keçirilməsində məqsəd Azərbaycan ərazisində seysmotomoqrafiya işləri aparmaqdır.

.
www.ÇıxışYolu.Com