cd21078b-e870-4c42-b46e-1204dc9ec0ee.jpg

Azərbaycanda tonlarla at əti satdığına görə saxlanılanlarla bağlı DETALLAR: Təkrarlanan cinayət

Baxış sayı: 358 dəfə baxılıb.

İsmayıllıda qidaya yararsız at əti satan Vüqar Ziliyev və qohumu Xəyal Ziliyev
ilə bağlı bəzi detallar məlum olub.

Cixisyolu.com xəbər verir ki, qanunsuz ət kəsimi ilə məşğul olduğu üçün saxlanılan
Xəyal Ziliyev 2017 və 2023-cü illərdə eyni cinayət səbəbindən saxlanılıbmış.

2023-cü ildə aparılan tədbirlər zamanı X.Ziliyevin avtomobilinin yük yerinə
baxış keçirilən zaman oradan mənşəyi məlum olmayan iki tona yaxın at əti
aşkarlanıb.

2017-ci ildə isə Oğuzda V.Ziliyevin sərnişin qismində getdiyi avtomobilin yük
yerinə baxış keçirilib. Orada qeyri-qanuni, antisanitar şəraitdə, mənşəyinə və
sağlamlığına dair heç bir sənədi olmayan, təxmini çəkisi 150 kiloqrama yaxın at
əti aşkarlanaraqgötürülüb
.

Vüqar Ziliyevlə bağlı digər məlumat isə 2024-cü ilin fevral ayında İsmayıllıda
qəzaya uğramasıdır. Belə ki, “Tofaş” markalı avtomobil idarəetməni itirərək
“KamAZ” markalı yük maşınınaçırpılıb

və hadisə nəticəsində V.Ziliyev ağır bədən xəsarətləri alıb.

13:40

İsmayıllıda qidaya yararsız at əti satan şəxslər saxlanılıblar.

Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat
Xidmətindən məlumat verilib.

Məlumata görə, İsmayıllıda polis əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı
əsasında Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə həyata
keçirdikləri tədbirlərlə qanunsuz ət kəsimi ilə məşğul olan Vüqar Ziliyev,
qohumu Xəyal Ziliyev və Sübhan İbrahimov saxlanılıblar.

V.Ziliyevin yaşadığı ünvana baxış keçirilərkən qidaya yararsız 450 kiloqram at
əti aşkarlanıb. Saxlanılanlar yararsız at ətini mal əti adı altında Bakı
şəhərinə apararaq orada satmaq niyyətində olduqlarını bildiriblər. Aşkar olunan
ətlərdən müvafiq nümunələr götürülüb və ekspertiza zamanı ətin istifadəyə tam
yararsız olduğu üzə çıxıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Source link