Bakıda toz qatılığı normanı ötüb – YENİLƏNİB

Bakıda toz qatılığı normanı ötüb – YENİLƏNİB

Baxış sayı: 2. 775 dəfə baxılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı operativ iş rejiminə keçərək, atmosfer havasında müşahidələr aparır.

ÇıxışYolu.Com xəbər verir ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 18 aprel 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 15:00-da sanitar normadan 10 faiz yuxarı olduğu qeydə alınıb.

12:02

Ölkə ərazisində qısmüddətli toz dumanı gözlənilir.

Bu barədə ÇıxışYolu.Com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən məlumat verilib.

Mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən, 18-19 aprel 2018-ci il tarixlərində ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir.

Buna səbəb dekabrın 18-də günorta saatlarından başlayaraq ölkə ərazisinə Ərəbistan yarımadasından cənub-qərb küləkləri vasitəsilə toz dumanının daxil olmasıdır.

Bakıda və Abşeron yarmadasında müşahidə olunan toz-dumanı ilə bağlı Departament operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

www.ÇıxışYolu.Com