Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Aprel ayında tur paketlər bahalaşıb.
Xezerxeber.az xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir.
İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaət etmiş
olub. Çünki həmin tur paketi indi almaq təxminən 300-400 dollar itirmək
deməkdir. Növbəti aylarda fərq daha çox olacaq.
Ən çox tələbat hər il olduğu kimi yenə də Türkiyəyədir. Bu il bu istiqamət
üzrə qiymətlər tez, həmçinin də çox artıb. Səbəb Rusiya-Ukrayna müharibəsi
fonunda rusların Türkiyəyə daha çox maraq göstərməsidir.
Hazırda qiymət artımı təxminən 25-30%-dir. Növbəti aydan etibarən isə bu artım
daha çox olacaq.