Azərbaycanda üç bələdiyyə sədri cərimələnib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Şamaxı, Göyçay və Qəbələ rayonlarında ətraf mühitin mühafizəsi tələblərinə
əməl edilməsi, eləcə də sanitar-gigiyena qaydalarının pozulması hallarının
qarşısının alınması məqsədilə nəzarət tədbirləri keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu
məlumat yayıb.
Bildirilib ki, rayon polis şöbələrinin və Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə keçirilən tədbirlər zamanı
Şamaxı rayonunun Çarhan, Qəbələnin Kürd kəndlərində, o cümlədən Göyçay şəhəri
ərazisində məişət tullantılarının qalaqlanması faktı aşkar edilib.
Aşkar edilmiş faktlarla bağlı qeyd olunan kəndlərin bələdiyyə sədrləri,
Göyçayda isə sahibkarlar barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye
və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin
mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokollar tərtib olunub.