c484eda8-f694-459d-a124-9d2dbd4e63a0..jpg

Azərbaycanda üç bələdiyyə sədrinə cinayət işi açılıb

Baxış sayı: 1. 012 dəfə baxılıb.

Azərbaycanda üç bələdiyyə sədrinə cinayət işi açılıb

Azərbaycanda bələdiyyələrdə 27 ciddi qayda pozuntusu aşkarlanıb, 12-si üzrə
cinayət işi başlanılıb.

“Report” bildirir ki, bu barədə məlumat “Bələdiyyələrin fəaliyyətinə inzibati
nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə əksini tapıb.

Sənəddə qeyd edilib ki, il ərzində yerli büdcə vəsaitlərinin səmərəli istifadə
olunması, bələdiyyə əmlakının (o cümlədən torpaqların) idarə edilməsi sahəsində
qanunçuluğun və şəffaflığın təmin edilməsi, korrupsiyaya və digər
hüquqpozmalara şərait yaradan halların qarşısının alınması üzrə inzibati
nəzarət qaydasında tədbirlər görülüb.

Bu məqsədlə aparılan araşdırmalar zamanı 27 halda ciddi qanun pozuntuları
aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə
istintaq orqanlarına göndərilib, həmin materiallardan 12-si üzrə cinayət işi
başlanılıb.

Bunlardan üçü bələdiyyə sədrinə qarşı açılmış cinayət işləridir.

Belə ki, Masallı rayonu Təzəkənd bələdiyyəsinin sədri, Zərdab rayonu Dəkkəoba
bələdiyyəsinin sədri və Göygöl rayonu Hacıməlik bələdiyyəsinin sədrlərinə
cinayət işi açılıb.

Source link