Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXVII turunun “Neftçi” – “Səbail” matçının 43-cü dəqiqəsində qonaq komandanın baş məşqçisi Samir Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırılıb. Buna görə də Əliyev beş oyunluq cəzalandırılıb, “Səbail” isə 4 min manat cərimə olunub.
Premyer Liqanın XXVII turunun “Zirə” – “Kəpəz” matçının doqquzuncu dəqiqəsində Bakı klubunun futbolçusu Milan Curiç aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Serb futbolçu buna görə dörd oyunluq cəza alıb, “Zirə” isə 3200 manat cərimə edilib. Oyunun 80-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Kamran Abdullazadə ikinci sarı vərəqə ilə meydandan qovulduğu üçün bir oyunluq cəzalanıb, Gəncə klubu isə 200 manat cərimələnib.
U-15 Liqasın “Vətən” – “Zirə” matçı başa çatdıqdan sonra hər iki komandanın baş məşqçisi hisslərinə sahib çıxa bilməyiblər. Belə ki, “Vətən” klubunun baş məşqçisi İlqar Əliyev təhqiredici ifadələr işlətdiyinə görə üç oyunluq cəzalanıb. “Zirə” klubunun baş məşqçisi Cəfər Hüseynov oyunun hakimini təhqir etdiyinə görə beş oyunluq cəza alıb.
S.T.
www.ÇıxışYolu.Com