927f4087-1942-4199-a6da-df11244f47d5..jpg

Azərbaycanda uçot dərəcəsinin artırılmasının lehinə olan üç arqument

Baxış sayı: 1. 016 dəfə baxılıb.

Azərbaycanda uçot dərəcəsinin artırılmasının lehinə olan üç arqument

Azərbaycan Mərkəzi Bankının (AMB) sabahkı İdarə Heyətinin iclasında yenidən
uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 8,75 %-ə çatdırılacağı gözlənilir.

“Report” xəbər verir ki, bunu Rusiyanın “Qazprombank” bankının Təhlil
şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina
deyib.

O, belə bir qərarın lehinə üç arqument göstərir: inflyasiyanın artım nümayiş
etdirməsi; mənfi real faiz dərəcəsi fonunda əhalinin əmanətlərinin davamlı
olaraq yüksək şəkildə dollarlaşması; pul kütləsində qeyri-davamlı azalma
tendensiyası: “İqtisadi artımın ləngiməsi əlamətlərinin meydana çıxmasını və
ərzaq və qeyri-ərzaq seqmentlərində inflyasiya meylinin davam etməsini nəzərə
alaraq, AMB-nin monetar sərtləşdirməyə dair mümkün fasilə ilə bağlı bəyanatının
müəyyən qədər yumşaldılmasını istisna etmirik”.

Qeyd edək ki, İdarə Heyətinin fevral iclası zamanı AMB monetar-kredit
şərtlərin normallaşdırılmasını davam etdirib və gözlənildiyi kimi, uçot
dərəcəsi 0,25 faiz bəndi artırılaraq 8,5 %-ə çatdırılıb. Bundan başqa, monetar
şəraitin tənzimlənməsi məqsədilə faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi
artırılaraq 6,75 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5 %-ə
çatdırılıb.

“Qazprombank”ın iqtisadçısı bildirib ki, bu addım iqtisadiyyatda kredit
fəaliyyətini tənzimləmək imkanlarını genişləndirib: “Əvvəlki iclasın
yekunlarına əsasən, AMB qeyd edib ki, uçot dərəcəsinin yenidən artırılması ilə
bağlı qərar stimullaşdırıcı fiskal siyasət fonunda faktiki iqtisadi artım
templərinin potensial səviyyədən artıq olması və yerli bazara əhəmiyyətli
xarici valyuta axını ilə bağlıdır. Məhz o vaxt Mərkəzi Bank dezinflyasiya
tendensiyasının davam etməsi təqdirdə, monetar sərtləşdirmə siyasətində mümkün
pauza barədə siqnal vermişdi. Eyni zamanda, fevralda iqtisadiyyata inflyasiya
təzyiqi güclənib. Bu da uçot dərəcəsinin artırılması məsələsini aktual olaraq
saxlayır”.

Onun sözlərinə görə, fevralda inflyasiya sürətlənməyə başlayıb və həm uçot
dərəcəsindən, həm də Mərkəzi Bankın hədəf diapazonundan yüksək olub. Qiymət
artımı noyabr-yanvar aylarında yavaşladıqdan sonra fevralda illik müqayisədə
14,1 %-ə qədər, aylıq müqayisədə isə əsasən xidmət tarifləri hesabına 0,5 faiz
bəndi artıb. Azərbaycanda ərzaq inflyasiyası isə aylıq müqayisədə 0,4 faiz
bəndi azalaraq ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 %-dək yavaşlayıb.
Qarabaşaq, yumurta, çuğundur, o cümlədən günəbaxan və qarğıdalı yağının
qiymətlərində az artım müşahidə olunub. Amma ət, süd məhsulları, şəkər və
qənnadı məmulatları, həmçinin çay və sərinləşdirici içkilərin qiymətləri
sürətlə artmaqda davam edib.

Qeyri-ərzaq seqmentində inflyasiyanın sürətlənməsi isə fevralda dayanıb və
ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 % səviyyəsində sabitləşib. Eyni
zamanda, məişət texnikası, tikinti materialları və yuyucu vasitələrin
qiymətləri artmaqda davam edib. Nəqliyyat və kommunal xidmət tariflərinin
yüksəlməsi fonunda xidmətlər seqmentində inflyasiya ay ərzində 1,7 faiz bəndi
artaraq ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 %-ə yüksəlib. Lakin bu
tendensiya beynəlxalq hava nəqliyyatı ilə bağlı qiymətlərin aşağı düşməsi ilə
müəyyən qədər zəifləyib.

Bankın iqtisadçısı qeyd edib ki, inflyasiyanın AMB-nin hədəf dəhlizindən (4 %
+/-2 faiz bəndi) kənarda qalaraq, onun yuxarı həddini 0,81 faiz bəndi, yenidən
maliyyələşdirmə dərəcəsini isə 0,56 faiz bəndi üstələyib.

G.Xaydarşinanın sözlərinə görə, əhalinin əmanətlərinin dollarlaşması azalma
tendensiyasını bərpa etsə də, lakin bu, hələ də yüksək olaraq qalır: “AMB-nin
məlumatına görə, əhalinin manatla əmanətlərinin həcmi yanvarda aylıq müqayisədə
0,9 %, illik isə 22,2 % artıb. Bu, əhalinin əmanətlərinin dollarlaşmasının
noyabr-dekabr aylarında artımından sonra aşağıya doğru dəyişməsinə yardım
göstərib. Fevralın əvvəlində əhalinin xarici valyutada əmanətlərinin xüsusi
çəkisi 39,2 %-dən 38,8 %-ə düşüb. 2022-ci ilin sonunda və pandemiyanın
başlanğıcından bəri ən aşağı səviyyəyə qayıdıb. Uçot dərəcəsinin artımı
depozitlərin dollarlaşmasını 40 %-dən aşağı səviyyədə saxlamağa kömək edəcək”.

Pul kütləsinə gəlincə, G.Xaydarşina hesab edir ki, bu tendensiya hələ də
qeyri-sabit olsa da, o, bərpa olunmağa başlayıb. Stimullaşdırıcı fiskal siyasət
pandemiyanın başlanğıcından bəri pul kütləsinin 1,8 dəfə artaraq manatla ÜDM-in
22 %-nə çatmasına səbəb olub. Eyni zamanda, bu il üçün büdcə kəsiri ÜDM-in 2,4
%-i səviyyəsində planlaşdırılıb (ötən il ÜDM-in 1 %-i təşkil edib).

“Yanvarda iki ardıcıl 0,25 bəndlik uçot dərəcəsi artımından sonra geniş pul
kütləsi azalmağa başlayıb (ay ərzində -2,2 %). Hesab edirik ki, bu tendensiya
qeyri-sabitdir və daha da möhkəmlənməlidir. Üstəlik, pul kütləsinin illik
ifadədə artımı güclü olaraq qalıb və 25,1 % təşkil edib”, – o vurğulayıb.

G.Xaydarşina hesab edir ki, iqtisadi aktivlik müsbət olaraq qalsa da, uçot
dərəcəsinin artırılması ehtiyatlı olmağı tələb edir: “Fevral iclasında AMB ötən
il müşahidə olunan iqtisadiyyatın həddindən artıq “qızması” ilə bağlı
əlamətlərə işarə edib. Eyni zamanda, yanvar-fevral aylarında iqtisadi artım
ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 %-ə qədər korreksiya edilib. Müsbət
artım qeyri-neft-qaz sektoru tərəfindən dəstəklənib. Bu sektor fiskal stimul və
turist axını hesabına illik 4,6 % artıb. Bununla yanaşı, yanvar-fevral
aylarında neft-qaz sektorunda mənfi tendensiya müşahidə olunub: onun ÜDM-də
payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 % azalıb. Hesab edirik ki, bu
şərtlər daxilində Mərkəzi Bank uçot dərəcəsinin artırılması ilə bağlı ehtiyatlı
mövqeyini qoruyacaq və uçot dərəcəsini 0,25 faiz bəndindən çox artırmayacaq.

Onun tədricən yüksəldilməsi isə iqtisadi artıma həddindən artıq təzyiqin
qarşısını almağa kömək edəcək. Eyni zamanda, ərzaq və qeyri-ərzaq
seqmentlərində dezinflyasiya tendensiyası davam etdiyi üçün biz dərəcələrin
artırılmasında fasilənin olmasını istisna etmirik”.

Source link