80e2289c-ddb1-4cfe-b309-45ba1bf2fda0..jpg

Azərbaycanda ucuz avtomobillər satışa çıxarılır: Qiymət min manatdan başlayır – SİYAHI

Baxış sayı: 434 dəfə baxılıb.

Azərbaycanda ucuz avtomobillər satışa çıxarılır: Qiymət min manatdan başlayır
– SİYAHI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

21 dekabr tarixində Azərbaycanda bir neçə dövlət qurumunun balansında olan
bəzi avtomobillər hərrac yolu ilə satışa çıxarılacaq.

Cixisyolu.com xəbər verir ki, hərraca 40 nəqliyyat vasitəsi çıxarılıb.

Keçidə

daxil olaraq həmin nəqliyyat vasitələrinin siyahısı ilə tanış ola bilərsiniz.
Qeyd edək ki, satışa çıxarılacaq avtomobillərin hərrac qiyməti min manatdan
başlayır. Xatırladaq ki, nəqliyyat vasitələri üzrə cərimə və məhdudiyyətlər ilə
bağlı məsələlərin həlli balanssaxlayıcı təşkilatlar tərəfindən təmin
olunmalıdır. Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş
vermiş (əmlakın start qiymətinin 10%-i həcmində beh ödəmiş) şəxslərə satışa
çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı balanssaxlayıcı təşkilat
tərəfindən yaradılır.
Hərracda iştirak etmə qaydaları və nəqliyyat vasitələri haqqında məlumat əldə
etmək üçün 012-311-01-60; (Daxili: 1707) telefon nömrəsi ilə əlaqə saxlaya
bilərsiniz.

Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak
Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami
rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxude-emlak.gov.az
elektron portalı vasitəsilə hərracın
keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaqdır.

Source link