Azərbaycanda Ukrayna vətəndaşını qarət etdilər – VİDEO

Azərbaycanda Ukrayna vətəndaşını qarət etdilər – VİDEO

Baxış sayı: 3. 088 dəfə baxılıb.

Azərbaycanda Ukrayna vətəndaşını qarət etdilər – VİDEO

Şəmkirdəki marketlərdən birində Ukrayna vətəndaşına məxsus içərisində pul və sənədlər olan pulqabı oğurlanıb.

ÇıxışYolu.Com-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, oğurluq hadisəsi mağazadakı müşahidə kameraları tərəfindən anbaan qeydə alınıb. 

Sənədləri oğurlanan qadının vətəndaşı olduğu ölkəyə qayıtması üçün verilən müddət azalır. Əslən Gədəbəyin Xarxar kəndindən olan Ukrayna vətəndaşı Aygünə Musayeva Şəmkirdəki mağazalardan birində paltarlara baxarkən əl çantasından pulqabı götürülüb. 

Hadisə ilə bağlı dərhal polisə məlumat verilib. Məsələ ilə bağlı Şəmkir polisindən bildirilib ki, hadisəni törədən şəxsin axtarışları davam etdirilir. 

www.ÇıxışYolu.Com