Azərbaycanda vərəm xəstələri üçün yeni ərzaq normaları tətbiq ediləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Vərəm xəstələri üçün yeni ərzaq normaları tətbiq ediləcək.
APA xəbər verir ki, bu Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti
haqqında hesabatında əks olunub.
Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 103 nömrəli
Qərarı ilə təsdiq edilmiş 5 saylı Əlavəyə əsasən, qidalandırılan vərəm
xəstələri üçün yeni zənginləşdirilmiş ərzaq normaları mütəxəssislər tərəfindən
işlənilir.
Qeyd edilib ki, xəstələrin qidalanmasına xüsusi diqqətin yetirilməsi çox
vacibdir.
Belə ki, vərəm xəstələrinin sağalmasında onların qidalanması böyük rol oynayır.