c20f888b-46c4-4112-8453-f93b25363365..jpg

Azərbaycanda vətəndaşların problemlərinin həllinə mane olan səbəblər AÇIQLANDI

Baxış sayı: 862 dəfə baxılıb.

Azərbaycanda vətəndaşların problemlərinin həllinə mane olan səbəblər AÇIQLANDI

Azərbaycanda bəzi dövlət qurumlarının elektron ünvanlarının işləməməsi və
mütəmadi olaraq nəzarət edilməməsi bir çox vətəndaşın problemlərinin həll
olunmasına mane olur.

“Report” xəbər verir ki, bunu “MG Consulting” şirkətinin hüquqşünası Hamlet
Babayev Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az
) layihəsinin rüblük (2022-ci ilin dekabr-2023-cü ilin
fevral ayları üzrə) yekunlarına dair dəyirmi masada bildirib.

O qeyd edib ki, platformaya ümumilikdə 1 832 müraciət daxil olub:

“Bu müraciətlərdən 866-sı öz həllini tapıb, 411-i həll olunmaq üzrədir, 555
müraciət isə hələ həllini tapmayıb.

Yol örtüyü ilə bağlı olan, qanunsuz parklanma və sahibsiz itlər ilə bağlı
məsələlər çətin həllini tapır”.

H. Babayev bildirib ki, platformaya bəzən aidiyyəti olmayan problemlərlə bağlı
da müraciətlər edilir:

“Bəzi hallarda dövlət qurumları bizə problemin həll edildiyini bildirsələr də,
daha sonra vətəndaşın təkrar müraciəti foto/video faktlar əsasında məlum olur
ki, əslində problem həll olunmayıb”.

Source link