5f8a416d-83d4-4014-a47e-de8dabb4b755.webp

Azərbaycanda vəzifəli şəxs müəlliməni qaçırtdı

Baxış sayı: 86 dəfə baxılıb.

Gədəbəydə qızqaçırma hadisəsi olub.

Cixisyolu.com xəbər verir ki, Alim İsmayılov adlı şəxs rayon ərazisində müəllimə
kimi çalışan qızı qaçırıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı A.İsmayılov Yevlax rayonu
ərazisində saxlanılıb.

Qız ailəsinə təhvil verilib. A.İsmayılov barəsində Gədəbəy Rayon Polis
Şöbəsində cinayət işi başlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, A.İsmayılov Gədəbəy Rayon İcra Hakimiyyətinin Kommunal
Müəssisələri Kombinatı idarəsinin baş mühəndisidir.

Samir İsayev

Source link