48e41997-df1e-4cb1-8843-d35c697de8d0..jpg

Azərbaycanda vəzifəli şəxs rüşvətə görə həbs olundu

Baxış sayı: 819 dəfə baxılıb.

Azərbaycanda vəzifəli şəxs rüşvətə görə həbs olundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Meşə Təsərrüfatı
Mərkəzinin direktoru Amil Abdullayevin xidməti vəzifələrinin icrası zamanı
vətəndaşdan rüşvət alması barədə daxil olmuş məlumat əsasında keçirilən
əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya
qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

İstintaqla Amil Abdullayevin rəhbərlik etdiyi qurumun balansında olan meşə
təyinatlı torpaq sahəsindən müxtəlif məqsədlər üçün istifadə müqabilində
vətəndaşdan ümumilikdə 14 min 900 manat məbləğində pul vəsaitini rüşvət
qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, həmin vəzifəli şəxsin xidməti otağında aparılmış axtarış zamanı
iş üçün əhəmiyyət kəsb edən bir sıra sübutlar aşkar edilərək götürülüb.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Amil Abdullayevə Cinayət
Məcəlləsinin 311.3.3-cü (rüşvət alma külli miqdarda törədildikdə) maddəsi ilə
ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilib.

Hazırda cinayət işi üçün əhəmiyyət kəsb edən bütün halların
müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Source link