c2900003-0db7-4c88-a0e8-ebdd0d427574..jpg

Azərbaycanda vəzifəli şəxslər külli miqdarda dövlət əmlakını mənimsəyiblər – CİNAYƏT İŞİ

Baxış sayı: 883 dəfə baxılıb.

Azərbaycanda vəzifəli şəxslər külli miqdarda dövlət əmlakını mənimsəyiblər –
CİNAYƏT İŞİ

“Qobustan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin vəzifəli şəxslərinin
qanunsuz əməlləri barədə vətəndaş müraciəti əsasında rayon prokurorluğunda
araşdırma aparılıb.

Bu barədə Baş Prokurorluqdan bildirilib.

Məlumata görə, araşdırma zamanı PHŞ-in vəzifəli şəxsləri tərəfindən külli
miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya
israf etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam edir.

Source link