Azərbaycanda vergi daxilolmaları 4% artıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinin xətti ilə dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 4,1%
çox – 15 milyard 337,7 milyon manat vəsait daxil olub”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında
bildirib.
“O cümlədən, son bir ildə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 18,9%
artaraq 9 milyard 15,8 milyon manata çatıb.
Ölkəmizdə aparılan səmərəli vergi siyasəti qeyri-neft-qaz sektorundan vergi
daxilolmalarının yüksək dinamikasını təmin etməklə dayanıqlı iqtisadi artıma
əhəmiyyətli töhfə verir”, – deyə nazir əlavə edib.
Bu ilin 11 ayında Dövlət Vergi Xidmətinin (@vergiler
#vergi
daxilolmalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4,1% artaraq 15
mlrd. 337,7 mln. ₼ olub. Bu müddətdə#qeyrineft
sektorundan#vergidaxilolmaları
isə ötən ilin müvafiq dövrü ilə…pic.twitter.com/TNKRVhdg7q
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 11, 2023