Azərbaycanda vergi ödəyicilərinin sayı 8% artıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu il fevralın 1-nə Azərbaycanda 1 522 750 vergi ödəyicisi uçotda olub.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, bunun 87,3%-ni fiziki şəxslər, 12,7%-ni hüquqi şəxslər və digər
təşkilatlar təşkil edib.
Ötən il fevralın 1-nə nisbətən vergi ödəyicilərinin ümumi sayı 8%, o cümlədən
fiziki şəxslərin də sayı 8% (ümumi artımın 86,7%-i), hüquqi şəxslərin sayı isə
8,4% (ümumi artımın 13,3%-i) artıb.