7cd9cb4d-acce-4641-b6fb-7043e915aee6..jpg

Azərbaycanda vergi orqanının şikayətə baxması müddəti 30 gün artırılır

Baxış sayı: 1. 008 dəfə baxılıb.

Azərbaycanda vergi orqanının şikayətə baxması müddəti 30 gün artırılır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gələn ildən Azərbaycanda vergi orqanının şikayətə baxması müddəti 30 gün
artırılacaq.

Bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini
tapıb.

Sənədə əsasən, vergi ödəyicisinin və yaxud başqa borclu şəxsin vergi orqanının
qərarlarından, vergi orqanının vəzifəli şəxsinin hərəkətlərindən şikayətlərinə
yuxarı vergi orqanı və ya onun vəzifəli şəxsi tərəfindən həmin şikayət alındığı
gündən 30 iş günü müddətində baxılır və şikayət vermiş şəxsə yazılı cavab
verilir. Amma şikayət üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün
30 iş günündən artıq müddət tələb olunduğu hallarda şikayətə baxılması müddəti
vergi orqanı tərəfindən bir dəfə 30 iş günü müddətində uzadıla bilər. Müddətin
uzadılması barədə şikayət vermiş şəxsə 3 iş günü ərzində məlumat verilir.

Source link