46e2f9f0-0989-4bab-b777-92a8b13052af..jpg

Azərbaycanda vergilərin az ödənilməsinə görə maliyyə sanksiyaları artırılıb

Baxış sayı: 750 dəfə baxılıb.

Azərbaycanda vergilərin az ödənilməsinə görə maliyyə sanksiyaları artırılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gündən Azərbaycanda vergilərin az ödənilməsinə və digər vergi
hüquqpozmalarına görə maliyyə sanksiyası artırılıb.

Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.

Dəyişikliklərə əsasən, sanksiyanın məbləği sözügedən hallar təqvim ili ərzində
ilk dəfə baş verdikdə əmtəəsiz əməliyyatların dəyərinin 10%-i qədər, ikinci
dəfə baş verdikdə əmtəəsiz əməliyyatların dəyərinin 20%-i qədər, üçüncü və daha
çox dəfə baş verdikdə isə əmtəəsiz əməliyyatların dəyərinin 40%-i qədər olacaq.

Xatırladaq ki, bundan əvvəl maliyyə sanksiyası əmtəəsiz əməliyyatların
dəyərinin 6%-i qədər idi.

Qeyd edək ki, bu gündən Azərbaycanda vergi orqanının şikayətə baxması müddəti
də 30 gün artırılıb.

Dəyişikliklərə əsasən, vergi ödəyicisinin və yaxud başqa borclu şəxsin vergi
orqanının qərarlarından, vergi orqanının vəzifəli şəxsinin hərəkətlərindən
şikayətlərinə yuxarı vergi orqanı və ya onun vəzifəli şəxsi tərəfindən həmin
şikayət alındığı gündən 30 iş günü müddətində baxılır və şikayət vermiş şəxsə
yazılı cavab verilir. Amma şikayət üzrə əhəmiyyət kəsb edən halların müəyyən
edilməsi üçün 30 iş günündən artıq müddət tələb olunduğu hallarda şikayətə
baxılması müddəti vergi orqanı tərəfindən bir dəfə 30 iş günü müddətinə
uzadılacaq. Müddətin uzadılması barədə şikayət vermiş şəxsə üç iş günü ərzində
məlumat verilir.

Source link