Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ölüm faktı qeydə alınıb.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, oktyabrın 13-də saat 11 radələrində
Sabirabad rayon sakini, 2007-ci il təvəllüdlü Miramil Mirməmməd oğlu Nəzərli
Şirvandakı xəstəxanaya aparılıb.
Yüksək hərarətlə tibb müəssisəsinə çatdırılan 17 yaşlı oğlan az sonra vəfat
edib.
Hadisə ilə əlaqədar Şirvan Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.