24dd0aeb-9e89-4909-b51e-e79691401105..jpg

Azərbaycanda xarici silahlı birləşməyə qoşulan şəxsə cəmi altı ay azadlıqdan məhrumetmə cəzası kəsildi

Baxış sayı: 739 dəfə baxılıb.

Azərbaycanda xarici silahlı birləşməyə qoşulan şəxsə cəmi altı ay azadlıqdan
məhrumetmə cəzası kəsildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

13 il əvvəl Pakistan İslam Respublikasında yaradılan qanunsuz silahlı
birləşmələrin fəaliyyətində iştirak etməkdə ittiham olunan Ramin Məmmədovun
cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən
sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, Ramin Məmmədova altı ay azadlıqdan məhrumetmə cəzası təyin
edilib. Ona görə ki, R.Məmmədova cinayət törədilmiş xarici dövlətin qanunu ilə
nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox cəza verilə bilməz. Pakistan
İslam Respublikasının qanunvericiliyinə görə cinayət törətmədən hər hansı bir
vətəndaşın təşkilata üzv olması altı ay müddətində cəza və pul cəriməsi ilə
cəzalandırılır.

R.Məmmədovun cəzası həbs edildiyi gündən hesablandığı üçün o, hökmün elanından
bir neçə gün sonra azadlığa buraxılıb.

Qeyd edək ki, 40 yaşlı Şəki şəhər sakini R.Məmmədov 2011-ci ilin aprelində
Pakistanda cihadda iştirak etmək məqsədilə İranın Məşhəd şəhərinə gedib. O,
İran ərazisindən qaçaq yolla Pakistanın Miranşah şəhərinə keçərək milliyyətcə
kürd olan “Abdulqahar” dini ləqəbli “Taliban” əmirinin rəhbərlik etdiyi, 25-30
nəfər Türkiyə vətəndaşından ibarət silahlı birləşmənin tərkibinə daxil olub. 10
ay müddətdə ona təhkim olunmuş “Kalaşnikov” markalı avtomat silahla həmin
silahlı birləşmənin nəzarətindəki postların mühafizəsini təşkil edib.

Müttəhim ittihama münasibətdə özünü təqsirli bilib. İfadəsində deyib ki,
Pakistanda türk qrupları ilə birlikdə “Abdulqahar” camaatına qoşulub, silahlı
birləşmənin tərkibinə daxil olub: “Silah verilsə də, silahdan istifadə
etməmişəm. Yalnız gözətçi kimi postlarda “rebat”a çıxmışam, döyüşdə iştirak
etməmişəm, xəsarət almamışam, təlimlərdə iştirak etməmişəm”.

R.Məmmədovun ifadəsinə görə, bir müddət “Abdulqahar” camaatının tərkibində
xidmət etdikdən sonra bu əməllərin İslam dininə heç bir bağlılığının
olmadığını, hətta ziddiyyət təşkil etdiyini başa düşüb. Ona görə də evinə,
ailəsinin yanına qayıtmaq qərarına gəlib. O, əməlindən peşman oduğunu,
barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edib.

Source link