1f0dcbb5-1862-457e-be45-06430e668ab1..jpg

Azərbaycanda xidmətlərin ixracından əldə edilən gəlirlər vergidən azad ediləcək? – AÇIQLAMA + FOTO

Baxış sayı: 911 dəfə baxılıb.

Azərbaycanda xidmətlərin ixracından əldə edilən gəlirlər vergidən azad
ediləcək? – AÇIQLAMA + FOTO

Azərbaycanda xidmətlərin ixracından əldə edilən gəlirlərin vergidən azad
edilməsi üçün ortamüddətli dövrdə xarici təcrübə araşdırılacaq, uğurlu təcrübə
hesab edildiyi təqdirdə milli qanunvericiliyə tətbiqi ilə bağlı məsələ
qiymətləndiriləcək.

Bunu “Report”a açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinin (DVX) baş idarə rəisi Nicat İmanov deyib.

“Bununüçün ilk növbədə aidiyyatı sahənin nümayəndələri ilə görüş keçiriləcək,
beynəlxalq təcrübəyə baxılacaq. Hesab edirik ki, bu prosesin ölkəyə verəcəyi
fayda çox dəyərlidir. Bu baxımdan bu prosesə müsbət yanaşa bilərik”, – N.İmanov
bildirib.

DVX-nın baş idarə rəisi xatırladıb ki, bu ildən Azərbaycanda texnologiyalar
parklarının informasiya və kommunikasiya sahəsində fəaliyyət göstərən
rezidentlərinin texnoparkın ərazisindən kənarda, o cümlədən xaricdə gördükləri
işlərdən əldə etdiyi gəlirlər vergidən azaddır:

“Digər sahələrdə xidmətlərin ixracından əldə edilən gəlirlərə vergi güzəştinin
verilməsi isə bizim diqqətimizdədir”.

Onun sözlərinə görə, bunun üçün müəyyən təhlillər aparılmalıdır:

“Bu gün Vergi Məcəlləsində fiziki şəxslərin həm ölkə daxilində, həm də ölkə
xaricində əldə etdiyi gəlirlər ümumi qaydada vergitutma obyektidir və xaricdə
əldə edilmiş gəlirlərə görə tutulmuş vergilər Azərbaycanda bəyan edilərkən
çıxılır. Yəni bir gəlir iki dəfə vergiyə cəlb edilmir”.

DVX-nın baş idarə rəisi qeyd edib ki, Azərbaycanda vətəndaşların xarici ölkəyə
xidmətlərini ixrac etməsi informasiya və kommunikasiya sahəsində daha çox
yayılıb:

“Bundan irəli gələrək bu sahələrdə fəaliyyət göstərən sahibkarlar
texnologiyalar parkında rezident kimi qeydiyyatdan keçdiyi halda onlara həmin
texnoparkın ərazisindən kənarda vergi güzəştləri tətbiq edilir. Yəni əgər həmin
sahibkarlar texnologiyalar parkının rezidenti kimi uçotdadırsa, onların onlayn
şəkildə xaricdə gördükləri işlərdən əldə etdiyi gəlirlər vergidən azad edilir”.

Source link