Azərbaycanda yarım milyonluq mənimsəmədə ittiham edilən qadın sahibkar barədə
araşdırma başlanıldı – RƏSMİ
Azərbaycanda tanınmış qadın sahibkarın yarım milyonluq mənimsəməsi ilə bağlı
açıqlama verilib.
Nərimanov Rayon Prokurorluğundan Cixisyolu.com-ın sorğusuna cavab olaraq bildirilib
ki, “Sara Group” QSC-nin direktoru Şirvan Əhmədovun müraciəti əsasında hazırda
araşdırma aparılır:
“Araşdırma nəticəsində qanuni qərarın qəbul edilməsi təmin ediləcək”.
Qeyd edək ki, ötən gün Balakən rayon sakini, 1990-cı il təvəllüdlü Dadayeva
Ayparə Şaban qızının işlədiyi “Sara Group” MMC-dən 451 min manat mənimsəməsi
barədə məlumatyayılmışdı
A.Dadayeva tütünçülüklə məşğul olan fermer kimi tanınıb. O, 2019-cu ildə 3-cü
dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
İlhamə Əbülfət