5c892b7a-01fc-4f8d-8353-15746f4bf2dd..jpg

Azərbaycanda yeni agentliyin yaradılması sahibkarlara hansı üstünlüklər vəd edir?

Baxış sayı: 618 dəfə baxılıb.

Azərbaycanda yeni agentliyin yaradılması sahibkarlara hansı üstünlüklər vəd
edir?

Son zamanlar Azərbaycanda əksər banklar beynəlxalq reytinq agentliklərinin
dəyərləndirməsinə maraq göstərmir. Halbuki xarici praktikada hər hansı bir
müəssisənin, o cümlədən maliyyə təşkilatının fəaliyyətini heç bir analiz
etmədən, onun nə dərəcədə maliyyə dayanıqlı olması haqqında məlumat əldə etmək
üçün həmin təşkilatın reytinq göstəricilərinə diqqət edirlər. Reytinqlər
müəssisə haqqında kifayət qədər tutumlu məlumat verə bilir.

Son illər dünyada “Böyük üçlük” adı ilə tanınan üç əsas beynəlxalq reytinq
agentliklərinin – “Fitch Ratings”, “Moody’s” və “Standard & Poor’s”,
Azərbaycanda reytinq dəyərləndirilməsi siyahısına nəzər salsaq, görərik ki,
bəzi banklarda bu proses dayandırılıb, yeni kredit təşkilatları isə cəlb
edilməyib. Bunun səbəbi məlum olmasa da, təxmin etmək olar ki, banklar
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yaradılacaq Daxili Reytinq
Agentliyini (DRA) gözləyirlər.

“Report” yerli bankların beynəlxalq reytinq agentliklərinə müraciətdə
marağının olmamasının səbəbini, DRA-nın beynəlxalq reytinq agentlikləri ilə
müqayisədə fərqini araşdırıb.

AMB-dən bildirilib ki, beynəlxalq reytinq agentlikləri tərəfindən təqdim
edilən reytinqlərə zərurət əsasən bankların xarici səhmdarlarının olması,
xarici maliyyə və qeyri-maliyyə təşkilatlarından vəsait cəlb edilməsi, xarici
bazarlara çıxışı zamanı aktual olur:

“Bu xüsusda ölkədə fəaliyyət göstərən iri bankların və bəzi orta həcmli
bankların xarici reytinq təşkilatları ilə əməkdaşlıq etdiyini müşahidə edə
bilərik. Biznes strategiyasına müvafiq olaraq fəaliyyəti əsas etibarilə ölkə
daxili ilə məhdudlaşan bankların belə reytinqlərə tələbatı bir qayda olaraq
daha az olur”.

Ad

Xarici valyutada uzunmüddətli və qısamüddətli emitentin defolt reytinqi

Uzunmüddətli və qısamüddətli kredit reytinqləri

Depozitlərin milli və xarici valyutada uzunmüddətli və qısamüddətli reytinqləri

ABB

“BB-/B” Stabil – Fitch Ratings

(2022)

“Ba3/b1” Stabil – Moody’s

(2022)

Kapital Bank

“BB-/B” Stabil – Standard & Poor’s

(2018)

“BB-/B” Pozitiv – Standard & Poor’s

(2023)

“b1” Pozitiv – Moody’s

(2021)

“Ba3” Pozitiv – Moody’s

(2021)

PASHA Bank

“B/B” Stabil – Standard & Poor’s

(2019)

“B+/b+” Stabil – Standard & Poor’s

(2023)

Bank Respublika

“Caa1/NP” Neqativ – Moody’s

(2017)

“b2” Stabil – Moody’s

(2023)

“B2” və “NP/CRR” Stabil – Moody’s

(2023)

Bank of Baku

“Caa3/ Caa3” Neqativ – Moody’s

(2017)

“B1/NP” Positive – Moody’s

(2023)

“B2” Positive – Moody’s

(2023)

AccessBank

“BB-/B” Stabil – Fitch Ratings

(2017)

Expressbank

“B/B” Stabil – Fitch Ratings

(2017)

Azər-Türk Bank

“B+/B” Stabil – Standard & Poor’s

(2023)

Muğanbank

“CCC+/C” Neqativ – Standard & Poor’s

(2017)

“B-/b+” Stabil – Standard & Poor’s

(2023)

Hazırlanan cədvəldən də göründüyü kimi əksər yerli banklar beynəlxalq reytinq
agentliklərinə müraciətdə maraqlı deyil, müraciətlərin əksəriyyəti köhnə
tarixləri əhatə edir, yeni tarixlərdə müraciət edənlər isə xarici bazarlara
çıxışda, xarici maliyyə və qeyri-maliyyə təşkilatlarından vəsait cəlb
edilməsində maraqlı olan banklardır.

Daxili Reytinq Agentliyinin yaradılması ilə bağlı cari vəziyyət barədə məlumat
verən AMB qeyd edib ki, Mərkəzi Bank tərəfindən DRA-nın yaradılmasının
texniki-iqtisadi əsaslandırma layihəsi həyata keçirilib:

“Layihə çərçivəsində daxili reytinqləşmə üzrə bazar potensialı araşdırılıb,
reytinq agentliyinin fəaliyyət göstərəcəyi hüquqi və requlyativ çərçivə müəyyən
olunub və agentliyin fəaliyyətinin institusional, hüquqi və iqtisadi əsasları
qiymətləndirilib:

“Qiymətləndirmə nəticəsində, bu sahədə nüfuzlu xarici partnyorların cəlb
edilməsi ilə reytinq və skorinq xidməti göstərən DRA-nın yaradılması məqbul
hesab edilib. DRA-nın ölkənin hüquqi və iqtisadi xüsusiyyətlərinə bələd olması,
ölkədaxili məlumat mənbələrinə çıxışla təmin edilməsi, eyni zamanda, biznes
subyektlərinin qiymətləndirilməsi xidmətlərini daha münasib qiymətlərlə
göstərməsi onun beynəlxalq reytinq agentliklərindən əsas fərqləndirici
xüsusiyyətləridir”.

Mərkəzi Bankdan bildirilib ki, DRA-nın xidmətləri Azərbaycanda fəaliyyət
göstərən həm yerli, həm də xarici sahibkarlıq subyektləri üçün nəzərdə tutulub:

“DRA tərəfindən aparılacaq qiymətləndirmənin faydalarını yerli və xarici
kapital mənbələrinə çıxışın artırılması, real sektora kreditlərin verilməsində
artım, qabaqcıl təcrübənin tətbiqi və şəffaflığın artımı, kapital bazarının
inkişafına təkan və Basel II/III standartlarının daha geniş tətbiqinə şərait
yaratması kimi qruplaşdırmaq mümkündür”.

Ad

Xarici valyutada uzunmüddətli və qısamüddətli emitentin defolt reytinqi

Uzunmüddətli və qısamüddətli kredit reytinqləri

Depozitlərin milli və xarici valyutada uzunmüddətli və qısamüddətli reytinqləri

ABB

“BB-/B” Stabil – Fitch Ratings

(2022)

“Ba3/b1” Stabil – Moody’s

(2022)

Kapital Bank

“BB-/B” Stabil – Standard & Poor’s

(2018)

“BB-/B” Pozitiv – Standard & Poor’s

(2023)

“b1” Pozitiv – Moody’s

(2021)

“Ba3” Pozitiv – Moody’s

(2021)

PASHA Bank

“B/B” Stabil – Standard & Poor’s

(2019)

“B+/b+” Stabil – Standard & Poor’s

(2023)

Bank Respublika

“Caa1/NP” Neqativ – Moody’s

(2017)

“b2” Stabil – Moody’s

(2023)

“B2” və “NP/CRR” Stabil – Moody’s

(2023)

Bank of Baku

“Caa3/ Caa3” Neqativ – Moody’s

(2017)

“B1/NP” Positive – Moody’s

(2023)

“B2” Positive – Moody’s

(2023)

AccessBank

“BB-/B” Stabil – Fitch Ratings

(2017)

Expressbank

“B/B” Stabil – Fitch Ratings

(2017)

Azər-Türk Bank

“B+/B” Stabil – Standard & Poor’s

(2023)

Muğanbank

“CCC+/C” Neqativ – Standard & Poor’s

(2017)

“B-/b+” Stabil – Standard & Poor’s

(2023)

Source link