1cacfd59-f37b-4b01-8bc7-c6e3631ca3d0..jpg

Azərbaycanda yeni idman kanalına lisenziya verilib

Baxış sayı: 676 dəfə baxılıb.

Azərbaycanda yeni idman kanalına lisenziya verilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda yeni idman kanalına lisenziya verilib.

Cixisyolu.com xəbər verir ki, bu barədə Audiovizual Şurasının iclasında qərar qəbul
edilib.

Bildirilib ki, ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün
elan edilmiş müsabiqəyə sənəd təqdim etmiş “Sağlam Media” MMC-nin və “Orion
Sky” MMC-nin iddiaçı kimi müsabiqəyə buraxılması və iddiaçıların müsabiqə
şərtlərinə uyğunluğu və yayım imkanları barədə rəy verilməsi üçün müvafiq
komissiyanın yaradılması haqqında qərar qəbul edilib.

Qəbul olunmuş müvafiq qərarlara əsasən “AZ-EVRO TEL” MMC-yə (operator xidmət
adı: “Azeurotel”) sadə platforma operatoru, “SPORT TV.AZ” MMC-yə peyk yayımı
həyata keçirməyən platforma yayımçısı (idman janrlı, televiziya redaksiya adı:
“Sport TV”) lisenziyaları verilib.

Source link